"Kəpəz"in rəqibindən 4 qolluq qələbə

15:58 17 İyul 2016

Avropa Liqasının II təsnifat mərhələsində "Kəpəz"in rəqibi olan "Admira" klubu Avstriya kubokunda ilk oyununu keçirib.


Sportarena.az xəbər verir ki, təmsilçimizin rəqibi ilk oyununu səfərdə  keçirib. "Dornbirner"lə qarşılaşan "Admira" 4:1 hesabı ilə qələbə qazanıb.


Qeyd edək ki, "Kəpəz"lə "Admira"  arasında cavab oyunu iyulun 20-də Bakıda keçiriləcək.   


Xəbər xətti