Zidan heyəti açıqladı: Ronaldo və Beyl Amerikaya aparılmadı

16:59 17 İyul 2016

"Real" klubunun Şimali Amerika turuna aparacağı futbolçuların adları açıqlanıb.


Sportarena.az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan səfər üçün 25 oyunçu seçib. Həmin futbolçular arasında Zidanın oğulları  - qolkiper Lukas və yarımmüdafiəçi Enzo da yer alıb.

Qeyd edək ki, bu gün Şimali Amerikaya yola düşəcək komanda tur çərçivəsində "Çelsi", "Bavariya" və PSJ klubları ilə qarşılaşacaq.


"Real"ın Şimali Amerikaya aparacağı futbolçuların siyahısını təqdim edirik:


Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Ruben Yanıes, Aleks Karaninks,  Luka Zidan.


Müdafiəçilər: Danilo, Rafael Varan, Marselo, Daniel Karvaxal, Naço Fernandes, Flip Linhart, Alvaro Texero, Əşrəf Hakimi.


Yarımmüdafiəçilər: Kazemiro, İsko, Mateo Kovaçiç, Markos Llorente, Marko Asensio, Martin Odeqard, Enço Zidan, Aleyş Febas.


Hücumçular: Kərim Benzema, Xese Rodriges, Borxa Mayoral, Mariano Dias.


Digər xəbərlər

Xəbər xətti