"Sumqayıt" gürcülərə şans vermədi - 4:0

11:53 18 İyul 2016

Zaqatalada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirmək üçün Gürcüstana yola düşüb. 


Sportarena.az xəbər verir ki, dünən qonşu ölkə təmsilçisi "Hereti Laqodexi" klubunu 6:0 hesabı ilə üstələyən Rövşən Babayevin komandası bir gün sonra adıçəkilən klubla daha bir yoxlama oyunu keçirib. "Sumqayıt" FK bu dəfə də rəqibindən üstün olub 4:0. Bu qarşılaşmada komandamızdan qolları Emil Həsənzadə (2), Xanlar Teymurov və Sahib Cümşüdov vurub.


Bu qarşılaşmadan sonra əvəzedicilərimiz Gürcüstandan ayrılaraq təlim-məşq toplanışını davam etdirmək üçün Zaqatalaya yola düşüb.


Xəbər xətti