Ronaldinyo futbolda olduğu kimi futzalda da şou göstərir

22:52 18 İyul 2016

Vaxtı ilə futbol üzrə Braziliya millisi və “Barselona” klubunun formasını geyinən Ronaldinyo indi də futzalda şou göstərir.

Əfsanəvi braziliyalı hazırda Hindistanın futzal üzrə Premyer liqasının “Qoa” komandasında çıxış edir. Hücumçunun son turda “Banqalora” klubuna qarşı keçirilən oyunu isə əsl Ronaldinyo benefisinə çevrilib.

Yüksək ustalıq və istedad ortaya qoyan ulduz futbolçu rəqibin qapısından beş top keçirməklə penta-trikə imza atıb. 7:2 hesabı ilə başa çatan matçın ən baxımlı 5 qolunu məhz braziliyalı forvard vurub.

Qeyd edək ki, Ronaldinyonun bu görüşdəki rəqib komandasında “Mançester Yunayted”in sabıq ulduz futbolçusu Pol Skouz da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti