Türkiyə Superliqasının püşkü atıldı

00:10 19 İyul 2016

Türkiyə superliqasında 2016/2017 mövsümünün püşkü atılıb.

Yeni mövsümdə ilk turun oyunlarına avqutun 19-da start veriləcək.

Birinci turda son çempion "Beşiktaş" evdə "Alanyaspor"u, "Qalatasaray" isə Karabükspor"u qəbul edəcək. "Fənərbaxça" isə səfərdə Başakşəhər"in qonağı olacaq.

Mövsümün ilk yarısındakı derbilərinin də vaxtı məlum olub. İlk derbidə "Beşiktaş" və "Qalatasaray" klubları üz-üzə gələcək. İstanbul təmsilçisiləri superliqanın 5-ci turunda qarşılaşacaqlar. 


Superliqada ilk turun cütlükləri belədir:

"Antalyaspor" - "Osmanlıspor"

"Kayserispor" - "Akhisar"

"Beşiktaş" - "Alanyaspor"

"Trabzonspor" - "Kasımpaşa"

"Qalatasaray" - "Karabükspor"

"Adanaspor" - "Bursaspor"

"Gənclərbirliyi" - "Qaziantepspor"

"Rizəspor" - "Konyaspor"

"Başakşəhər" - "Fənərhaxça"


Mövsümün ilk yarısının derbiləri:

5-ci tur: "Beşiktaş" - "Qalatasaray"
8-ci tur: "Qalatasaray" - Trabzonspor" 
10-cu tur: "Beşiktaş" - "Trabzonspor" 
11-ci tur: "Fənərbaxça" - "Qalatasaray" 
13-cü tur: "Fənərbaxça" - "Beşiktaş" 
16-cı tur: Trabzonspor" - "Fənərbaxça"


Digər xəbərlər

Xəbər xətti