"Real" "Valensiya"nın yarımmüdafiəçisini transfer edir

17:50 19 İyul 2016

"Real" "Valensiya"nın futbolçusu Andre Qomeşi transfer etməyə hazırlaşır.
 
 
Sportarena.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu futbolçu üçün "yarasalar"a yaxın günlərdə təklif göndərəcək. 


Məlumata görə, "kral klubu" 22 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avro ödəyəcək. Bundan əlavə "Real" daha 5-10 milyon bonus şəklində "Valensiya"ya ödəyə bilər.
 
 
Xatırladaq ki, Qomeş ötən mövsüm La Liqada 30 oyunda 3 qol vurmuşdu. Bundan başqa o, Avropa çempionatında 5 oyunda Portuqaliya millisinin heyətində meydana çıxmışdı.


Xəbər xətti