Bruno Akrapoviç: "Çalışacağıq ki, "Neftçi" qarşısında çarəsiz qalmayaq"

14:04 20 İyul 2016

Avropa Liqası II təsnifat mərhələsinin cavab matçında “Neftçi”ni qəbul edəcək “Şkendiya”nın (İlk oyun: 0:0) baş məşqçisi Bruno Akrapoviç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


Sportarena.az xəbər verir ki, baş məşqçi müsahibəsində bunları deyib:

"İlk oyunda 0:0 hesablı heç-heçə oldu və hesab edirəm ki, bu, bizimçün qənaətbəxşdi. Məncə, növbəti mərhələyə adlamaq üçün şanslıyıq. Bundan istifadə etməliyik. Bu, Makedonoiya futbolu adına yaxşı bir şansdır və bundan yararlanmalıyıq".


- İnanırsınız ki, "Şkendiya" növbəti mərhələyə adlayacaq?
- Öncədən heç kim heç nəyi dəqiq deyə bilməz. “Neftçi” zəngin tarixi olan klubdur. Ciddi rəqibdir. Öncədən proqnoz vermək çətindir.

 

- Sanki "Şkendiya" təzyiq altında oynamır. Bu amil komandanın oyununa necə təsir göstərər?
- Sizin kimi düşünmürəm, hesab edirəm ki, kifayət qədər təzyiq var, lakin biz ən yaxşı oyunumuzu oynamağa çalışırıq. Hər şey nəzarətimizdədir.


- Əgər hansısa xoş olmayan sürpriz olsa, qarşılığında planınız varmı?
- Əlbəttə, bütün riskləri, sürprizləri nəzərdə tutmuşuq və çalışacağıq ki, çarəsiz qalmayaq.


- A, B, C, planlarınız var? Oyun penaltilərə gedərsə oyun, buna hazırlığınız olub?
- Bəli, bürtün planlarımız var. Penaltilər də D planıdı.


- Heyətdə hər hansısa dəyişiklik olacaq?
- Əgər oyunda dominantlıq eləsək, heyəti dəyişməyə dəyməz. İlk oyuna nisbətən hansısa ciddi dəyişiklik planım yoxdur.


- Bakıdakı oyunda, əsasən, mərkəzdən hücumlar qurulurdu, cinahlardan “Neftçi”nin müdafiəsini yarmaq alınmadı. Bu dəfə də bu üslubda oynamağı düşünürsünüz, yoxsa başqa variantlar var?
- Bu fikirlə bir qədər razı deyiləm. Hardasa elədir - mərkəzdən hücumlar qururduq, ancaq deməzdim cinahlardan istifadə etmirdik. Məsələn, real qol şansını da cinahdan qururulan hücumda əldə etmişdik.

 

- Ümid edirik ki, “Şkendiya” növbəti mərhələyə keçər. Əgər bu, belə olarsa, növbəti rəqib haqda düşünmüsüzmü?
- Yox. Növbəti mərhələ haqda indidən düşünmək və danışmaq tezdir. Əvvəlcə qarşıdakı ciddi rəqibi keçmək lazımdır. Bütün düşüncəmiz məhz bu oyunla bağlıdır.


Xəbər xətti