"Admira"nın baş məşqçisi: "Kəpəz"dən belə oyun gözləmirdim"

10:35 21 İyul 2016

Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Kəpəz"i 2:0 hesabı ilə  məğlub edən "Admira"nın baş məşqçisi Oliver Lederer oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 


Sportarena.az xəbər verir ki, Lederer qarşılaşmanın çətin keçdiyini bildirib: "Bacardığımızı göstərdik. Fikrimcə, qələbəyə layiq idik. "Kəpəz"i yaxşı oyuna görə təbrik edirəm".

 
- Demək olar ki, Bakıdakı oyun evdəkindən rahat oldu?
- Komanda bir həftə əvvəlki sistemlə oynayırdı. Belə oyun gözləmirdim. Mən rəqibin hücum futbolu oynayacağını gözləyirdim. Ancaq belə olmadı. Komanda yalnız matçın son dəqiqələridə hücum etməyə başladı.
 

- Komandada kimi fərqləndirə bilərsiz?
- Komanda müdafiə olunduğundan kimisə fərqləndirməkdə çətinlik çəkirəm.  
 

- İlk görüşdəki mətbuat konfransında Azərbaycan dilinə tərcüməçi yox idi. Sizə burda yaradılan şəraitdən razı qaldız?
- Bizi burda çox səmimi qarşıladılar. Gələn illərdə də Bakıya gələsi olsaq, çox sevinərik.


Xəbər xətti