Götze yenidən "Borussiya"da

16:06 21 İyul 2016

"Bavariya"nın yarımmüdafiəçisi Mario Götze yenidən "Borussiya"ya qayıdıb.

 

Sportarena.az "Borussiya"nın rəsmi saytına istinadən xəbər verir ki, klub 24 yaşlı futbolçu ilə 2020-ci ilədək müqavilə imzalayıb. Dortmund təmsilçisi Götze üçün "Bavariya"ya 23 milyon avro ödəyəcək. Bundan əlavə, Götzenin "Borussiya"dakı çıxışı uğurlu alınarsa, Dortmun klubu "Bavariya"ya əlavə olaraq 8 milyon avro ödəyəcək.


Qeyd edək ki, Götze Bundesliqada keçirdiyi 73 oyunda 22 qol vurub


Digər xəbərlər

Xəbər xətti