"Barselona"nın baş məşqçisi: "Yeni hücumçu axtarırıq"

23:16 21 İyul 2016

"Bizim çox yaxşı heyətimiz var. Problemlər keçmişdə qalıb və intensiv çalışaraq daha da inkişaf etmişik. Yeni mövsümdə mümkün olan bütün titulları qazanmaq istəyirik". 

Bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike klubun rəsmi saytına açıqlamasında deyib. 

Növbəti mövsümdəki planları haqda danışan ispaniyalı mütəxəssis yeni hücumçu axtardıqlarını bildirib: "Komanda yeni mövsümə yaxşı köklənib. Əsas məqsədimiz azarkeşlərimizə biganə qalmamaqdır. Doğrudur, yeni hücumçu axtarırıq. Qola və uğura ac bir hücumçu transfer etmək istəyirik". 

Qeyd edək ki, "Barselona" ötən mövsüm La Liqa və ölkə kubokunun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti