Varan MY-nın təklifini rədd etdi

17:55 22 İyul 2016

Madrid Realının mərkəz müdafiəçisi Rafel Varan Mançester Yunaytedin təklifini rədd edib.

Bu transferin həyata keçməsində Mourinyo israrlı idi.Lakin Varan onun təklifinə rədd cavaı verib.

Belə bir qərarın qəbul edilməsində ən əsas faktor isə müdafiəçinin Zinəddin Zidanla işləmək istəyi olub.

Qeyd edək ki, Mançester Yunayteddən əlavə daha iki ingilis klubu Varana görə 40 milyon avro ödəməyə hazırdır.


Xəbər xətti