Avropa Çempionatının finalını azərbaycanlı hakim idarə edəcək

21:30 22 İyul 2016

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki “Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
 


Xəbər xətti