UEFA prezidentliyinə üç namizəd

11:59 23 İyul 2016

UEFA prezidenti vəzifəsinə namizədlərin yekun siyahısı açıqlanıb.


Sportarena.az xəbər verir ki, qoyulan müddət ərzində cəmi 3 namizəd qeydiyyatdan keçib.


Aleksandr Çeferin (Sloveniya Futbol Federasiyasının prezidenti), Mixael van Praq (Hollandiya Futbol Assosiasiyasının prezidenti) və Anxel Mariya Vilyar (İspaniya Futbol Federasiyasının prezidenti) Avropa futbol qurumuna rəhbərlik uğrunda mübarizə aparacaq.


Qeyd edək ki, seçkilər sentyabrın 14-də Afinada təşkilatın növbədənkənar konqresi çərçivəsində keçiriləcək.


Xəbər xətti