“Barselona” “Atletiko”dan daha bir oyunçu alır

23:50 23 İyul 2016

Ötən mövsüm “Atletiko” Madridin əsas ulduzlarından Arda Turanı transfer edən “Barselona” indi də Madrid təmsilçisinin gənc argentinalısına elçi düşüb.

22 yaşlı hücumçu Lusiano Vietto Madrid klubuna ötən il “Vilyareal”dan 20 milyon avroya gəlmişdi. Katalon klubu isə oyunçu üçün 22 milyon avro ödəməyə hazırdır.

Vietto ötən mövsüm La Liqada 19 matç keçirib və 1 dəfə fərqlənə bilib.


Digər xəbərlər

Xəbər xətti