İki güləşçimiz bürünc medal qazandı

00:30 24 İyul 2016

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Beşinci yarış günündə 42, 50, 58, 63 və 76 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə qoşulub. Güləşçilərimiz günü 2 bürünc medalla tamamlayıb. 

42 kq-da mübarizə aparan Azər Muxtarlı ilk görüşdə Ukrayna təmsilçisinə qalib gəlsə də növbəti görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verib. Təsəlliverici görüşdə Polşa təmsilçisindən üstün olan Azər gərgin keçən son görüşdə daha bir Rusiya təmsilçisinə uduzub və çempionatı beşinci sırada tamamlayıb.  

50 kq-da yarışan Zaur Nuriyev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Almaniya və Belarusdan olan rəqiblərini məğlub edən güləşçimiz növbəti görüşdə Gürcüstan idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Təsəlliverici görüşdə Rusiyadan olan rəqibinə şans verməyən Zaur həlledici görüşdə daha bir Rusiya idmançısı ilə qarşılaşıb. Rəqibinə tam üstünlüklə qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.  

69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə yarımfinala qədər inamlı təsir bağışlayıb. Finlandiya, Xorvatiya və Belarusdan olan rəqiblərini tam üstünlüklə, rəqiblərinə bir xal vermədən mübarizədən kənarlaşdıran güləşçimiz yarımfinalda uduzub. Bürünc medal uğrunda görüşdə Ülvinin rəqibi Rusiya idmançısı olub. Tam üstünlüklü qələbə güləşçimizə bürünc medal qazandırıb.  


Digər xəbərlər

Xəbər xətti