Cüdoçularımızdan Avropa kubokunun ilk günündə 5 medal

11:51 24 İyul 2016

Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib. 

 

Sportarena.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, gənc cüdoçularımız millimizinin aktivinə 1 qızıl, 2 gümüş və 2 bürünc medal yazdırıb.


Təmsilçilərimizdən Kəramət Hüseynov (55 kq) qızıl, Nəriman Əhmədov (55 kq), Tofiq Məmmədov (60 kq) gümüş, Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.


Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunur.


Xəbər xətti