"Qalatasaray" Bonidən əlini üzüncə, yenisini tapdı

00:07 25 İyul 2016

"Qalatasaray" heyətini daha bir futbolçu ilə gücləndirəcək.

Sportarena.az xəbər verir ki, maliyyə səbəblərindən Vilfred Boni ilə anlaşa bilməyən, "Bas Dost"la danışıqları davam etdirən "Cim bom" Baye Umar Niasseni icarəyə götürmək niyyətindədir.

 İstanbul klubu bir mövsüm "Everton"un 26 yaşlı forvardının xidmətlərindən istifadə edəcək. Niasse 2016-cı ilin qışında "Lokomotiv"dən "Liverpul" klubuna keçmişdi. Premyer Liqada öz oyununu tapa bilməyən hücumçu ötən mövsüm 5 oyunda çıxmış və qol vura bilməmişdi.

 


Xəbər xətti