"Zirə" matçöncəsi məşqinə çıxdı

12:17 25 İyul 2016

“Zirə” Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirir. 


Sportarena.az xəbər verir ki, ötən gün komandaya istirahət verən baş məşqçi Adil Şükürov ilk yoxlama oyunu öncəsi futbolçuları bir məşqə çıxardı. “Qartallar” əsasən taktiki planda çalışdılar. İsinmə hərəkətlərini də bu yöndə quran məşqçilər heyəti ardınca mövqelər üzrə tapşırıqlar verdilər. Əsas məqsəd komandaya müdafiə və hücumda necə oynamalı olmasını aşılamaq idi.

 

“Zirə” sabah Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Komanda Bakı vaxtı ilə saat 18-00-da başlayacaq oyunda “Qaziantəp BB” ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti