"Sumqayıt" türklərə məğlub oldu

00:50 26 İyul 2016

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” klubu qonşu ölkədə son yoxlama oyununu keçirib. 

Sportarena.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda PTT 1-ci liqa təmsilçisi "Giresunspor"la qarşılaşıb. 

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "Sumqayıt" meydanı 1:2 hesabı ilə məğlub tərk edib. Bu oyunda "Sumqayıt"ın yeganə qolunu Mirabdulla Abbasov vurub. 

Qeyd edək ki, "Sumqayıt" artıq bu gün səhər saatlarında Bolunu tərk edərək vətənə yola düşəcək.


Digər xəbərlər

Xəbər xətti