"Barselona"dan 40 milyonluq transfer

14:08 26 İyul 2016

İspaniyanın “Barselona” klubu “Sevilya”nın hücumçusu Kevin Qameironu heyətinə cəlb edir. 


Sportarena.az xəbər verir ki, katalon klubu transfer üçün 40 milyon avro xərcləyəcək. 


Bir müddət əvvəl Qameironu satmayacaqlarını açıqlayan “Sevilya” prezidenti edilən təklifə “hə” deyib.


2013-cü ildə “PSJ”-dən “Sevilya”ya 7.5 milyon avroya transfer olunan fransız futbolçunun “Barselona”da oynamaq istədiyi bildirilir. 


Xəbər xətti