Qadın şahmatçılarımız Bakı Olimpiadasına Qəbələdə hazırlaşırlar

10:58 27 İyul 2016

Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadın şahmatçılardan ibarət Azərbaycanın birinci və ikinci komandaları Qəbələdə təlim-məşq toplanışına başlayıb.


Sportarena.az xəbər verir ki, ikinci hazırlıq mərhələsində Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərmin Kazımova, Aydan Höcətova, Nərmin Xələfova, Xəyalə Abdulla, Türkan Məmmədyarova, Nərgiz Umudova və Ülviyyə Fətəliyeva iştirak edirlər.


Qadın şahmatçılarımız Qəbələdə məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşırlar.


İkinci hazırlıq mərhələsi avqustun 5-də yekunlaşacaq.(azərtac)


Xəbər xətti