Totti: " Əgər pulu düşünsəydim, 10 il əvvəl "Roma"nı tərk edərdim"

00:10 28 İyul 2016

Son zamanlar astronomik rəqəmlərlə transfer olan futbolçulardan danışan Françesko Totti "Roma"nın ABŞ-dakı təlim-məşq toplanışı zamanı bunları deyib:

"İndi futbolçular oynadıqları klublara bağlanmaq əvəzinə pulu seçirlər. Məhz bu onlarla mənim arasındakı fərqdir. Onlar ürəkləri ilə futbol oynamırlar. Nailiyyətlər əldə etmək və daha çox pul qazanmaq üçün başqa komandalara keçirlər. Əgər pulu düşünsəydim, 10 il əvvəl "Roma"nı tərk edərdim.

Bəzən mən də ABŞ-da oynamağı düşünürəm, lakin “Roma”dan başqa bir klubun formasını geyinmək çox çətin gəlir mənə.

Stadiona gələn azarkeşlər oyunçuları ancaq eyni komandanın oyunçusu kimi görmək istəyir. Digər kluba transferi azarkeş xəyanət kimi qiymətləndirir. İquainin “Yuventus”a transferi fəlakətdir.”


Digər xəbərlər

Xəbər xətti