"Çelsi"dən bu futbolçuya 45 milyon

17:28 28 İyul 2016

"Çelsi" "Napoli"nin futbolçusu Xalidu Kulibalini transfer etmək istəyir. 

 London klubu yeni baş məşqçisi Antonio Kontenin İtaliyadan yaxşı tanıdığı stoper üçün 45 milyon avro təklif edib.

"Napoli" Xalidu Kulibalini 2014-cü ildə "Genk"dən 7.75 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 22 milyon avro qiymət qoyub. 25 yaşlı müdafiəçi ötən mövsüm 42 rəsmi oyunda meydana çıxıb.

Maraqlıdı ki, Kamerun əsilli futbolçu Fransanın aşağı yaş qrupları üzrə yığma komandalarında çıxış edib. 2015-ci ildən isə Seneqal millisinə dəvət alır.


Xəbər xətti