Türkiyə və Rusiyanın futbol yığmaları yoldaşlıq görüşü keçirəcək

23:51 28 İyul 2016

Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.

Türkiyə mediasının verdiyi xəbərə görə, yoldaşlıq görüşünün avqustun 31-də Antalyada keçirilməsi planlaşdırılır. Avqustun 9-da Rusiyaya yola düşəcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putini matça dəvət edəcəyi gözlənilir. Yoldaşlıq görüşünün keçirilməsi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində önəmli addım kimi qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti