"Kəpəz" "Qarabağ" qarşısında diz çökdü

15:32 29 İyul 2016

“Kəpəz”in əvəzedici komandası yeni mövsüm öncəsi hazırlıq planı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. 


Sportarena.az xəbər verir ki, “sarı-göylər” Qəbələdə “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşıb.


Oyunun ilk yarısı başa-baş mübarizə şəraitində keçib və hesab açılmayıb. Fasilədən sonra məşqçilər korpusu meydanda əsasən yeni futbolçulara oynamaq şansı yaradıb. 


Bu hesabda da özünü göstərib. Matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti