Poqba "Mançester Yunayted"ə keçmək üçün Los Ancelesdə tibbi müayinədən keçəcək

21:08 29 İyul 2016

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba "Mançester Yunayted"ə keçmək üzrədir.

Hazırda Floridada istirahətdə olan fransız Los Ancelesdə tibbi müayinədən keçəcək.

Bir müddət əvvəl verilən məlumata görə "MY" Poqba üçün 110 milyon avro ödəyəcək. Futbolçunun agenti Mino Rayolanın bu keçddən gəliri isə  məbləğin 20%-i olacaq.

Bundan başqa "Yuventus" Poqbanın "MY" ilə müqaviləni artırmasından da bonuslar əldə etmək hüququna malikdir. Futbolçunun "Qızıl top" alması da Turin təmsilçisinə mənfəət gətirəcəlk.

Pol Poqbanın yeni komandasında məvacibi həftəyə 290 min funt sterlinq təşkil edəcək. Xatırladaq ki, o, 2012-ci ildə azad agent kimi "MY"-dan "Yuventus"a keçmişdi. O vaxt "Yuventus" futbolçunu yetişdirməsinə görə Mançester təmsilçisinə cəmi 800 min funt sterlinq ödəmişdi.


Xəbər xətti