"Qarabağ" azarkeşlərinin nəzərinə: biletlərin qiyməti açıqlandı

22:14 29 İyul 2016

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Viktoriya" cavab qarşılaşmasının biletləri sabahdan etibarən Respublika stadionunun kassalarında satışda olacaq.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

 

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-18 nömrəli sektorlar - 5AZN

VİP - 30 AZN


Digər xəbərlər

Xəbər xətti