"Qəbələ" təlim-məşq toplanışını qələbə ilə başa vurdu

11:15 30 İyul 2016

“Qəbələ”nin əvəzediciləri mövsümlərarası hazırlıq prosesini başa vurub. 


Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda baş tutan təlim-məşq toplanışını sonuncu yoxlama matçı ilə yekunlaşdırıb. Hüseynqulu Quliyevin yetirmələri Qəbələdə “Ağsu” ilə görüşüb. “Qəbələ” qarşılaşmanın ilk hissəsində 2 qol vuraraq, hesabda önə keçib. I divizion təmsilçisinin qapısından hər iki topu Ravil Yusifli keçirib. “Ağsu” yalnız bu qollardan birinin əvəzini çıxa bilib – 2:1. 

 

Beləliklə, əvəzedicilər toplanışı qələbə ilə başa vurub. Hazırlıq prosesinin 2-ci mərhələsindən sonra futbolçulara iki günlük istirahət verilib. Komanda avqustun 1-də bir araya gələcək. 

 

Xatırladaq ki, “Qəbələ” yeni mövsümə “Kəpəz”lə ev matçı ilə start verəcək. Əvəzedicilərin oyunu avqustun 7-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti