Qurban Qurbanov Roman Pivarniki qabağladı

16:34 31 İyul 2016

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Viktoriya Plzen" (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
 

Sportarena.az xəbər verir ki, avqustun 1-də "Azərsun Arena"nın mətbuat zalında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Ağdam təmsilçisinin son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubuun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 

"Viktoriya Plzen"in baş məşqçisi isə avqustun 1-i saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Çexiya təmsilçisinin son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
 

QEYD: Saat 19:00-da klub tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.


Digər xəbərlər

Xəbər xətti