İspaniya və İtaliya klubları yeni çempionlar liqası yaratmaq fikrindədir

23:47 31 İyul 2016

Avropanın böyük klubları kommersiya gəlirlərinin artması məqsədilə yeni çempionlar liqası yaratmaq fikrindən vaz keçmirlər.
The Telegraph qəzetinin məlumatına görə bu ideyanın əsas hərəkət verici qüvvələri İspaniya və İtaliya klbularıdır. Onlar İngiltərə klublarının yüksək televiziya qonorarlarından çəkinir.
Avropa top klublarının fikrincə çempionlar liqasını 16 komandaya qədər salmaq lazımdır.Əsas liqalar isə 6 klubla təmsil edilməlidir.
Bundan başqa oyunların bazar günü keçirilməsi də gündəmdədir.


Digər xəbərlər

Xəbər xətti