Konte: "İbrahimoviç "Mançester Yunayted"lə çempion ola bilməyəcək"

21:26 1 Avqust 2016

"Çelsi"nin baş məşqçisi Antonio Konte ölkə çempionu olmaq şansları haqda danışıb.

O, İngiltərə Premyer Liqasının qalibi ola biləcəklərini deyib:

"Yuventus"u çalışdırdığım 2011/12 mövsümündə çoxu bizi favorit görmürdü. Hamı düşündür ki, biz 6-7-ci yeri tutacağıq. Ancaq biz çempion olduq. Həmin vaxt Zlatan İbrahimoviç "Milan"da çıxış edirdi. Ümid edirəm ki, tarix təkrarlanacaq. İbrahimoviç bu dəfə "Mançester Yunayted"lə çempion ola bilməyəcək, bizə isə qalib olacağıq".


Digər xəbərlər

Xəbər xətti