Beyl ada icarəyə götürdü

00:53 2 Avqust 2016

"Real"ın futbolçusu Qaret Beyl Balearda (İspaniyaya bağlı beş böyük adadan ibarət muxtar bölgə) adalardan birini icarəyə götürüb.

O, Taqomaqo adlı adanın bir həftəsi üçün 380 min funt sterlinq (təqribən 504 min dollar) ödəyib. Məhz burada uelsli futbolçu 10 ildir birgə yaşadığı Emme Ris-Consa evlilik təklifi edib.

Onların hazırda iki qız uşağı var.

Beyl adada qaldığı bir həftə ərzində özünün ad gününü (16 iyul) qeyd edib.


Xəbər xətti