Qənirə Paşayeva: "Qarabağ"ı təbrik etdik, təsəlli vermədik"

00:28 3 Avqust 2016

"Viktoriya” ilə qarşılaşmada sona qədər “Qarabağ”a azarkeşlik etdik. Bu klubun hər kəsin qəlbində yeri başqadır. “Qarabağ”a Azərbaycanda azarkeşlik etməyən insan yoxdur”. 

Bu sözləri “Qarabağ” - “Viktoriya” (1:1) oyunundan sonra Qənirə Paşayeva deyib.

Millət vəkili matçın ardından “Qarabağ”ın futbolçularıyla görüşdüyünü vurğulayıb: “Qarabağ”da bəyəndiyim futbolçular var. Amma ad çəkmək istəmirəm. Qurban Qurbanov başda olmaqla hər kəsi təbrik etdim. Qurban müəllim çox gözəl komanda yaradıb. Futbolçular bu gün çox yaxşı çıxış etdilər. Amma təəssüflər olsun ki, qələbə qazanmaq mümkün olmadı. “Qarabağ”ı təbrik etdik, təsəlli vermədik. Çünki təsəlli verəcək durum yoxdur”. 

Qənirə Paşayeva “Qarabağ”ın Çempionlar Liqası ilə vidalaşmasını bəxtsizliklə əlaqələndirib:  “Hər kəs gördü ki, “Qarabağ” bu oyunda qələbə qazanamlıydı. Rəqibin heç-heçəyə nail olması bizim şansızlığımızdır. Ağdam klubu fərqli hesabla qələbə qazanmalı idi. Lakin Avropada mübarizə davan edir. İndi komandanı tənqid etmək asandır. Futbolçular da nəticəyə görə çox məyusdurlar”. 

Millət vəkili azarkeşlərin stadionu tez tərk etməsindən narazılığını ifadə edib: “Qarabağ”a dövlət dəstəyi olur. Gələcəkdə də olacaq. İndiki məqamda komandaya azarkeş dəstəyi də artmalıdır. Qardaş Türkiyədə klubların ayaqda durmasında azarkeşlərin böyük rolu var. Hər kəs kluba daha çox dəstək olmalıdır. Bugünkü oyunda 85-ci dəqiqədə bəzi azarkeşlər stadionu tərk etdilər. Halbuki komandanı sona qədər dəstəkləmək lazımdır. “Qarabağ”ı tənqid etmək istəmirəm. Bu oyunda komanda özünü yaxşı tərəfdən göstərdi”.

qol.az

 


Digər xəbərlər

Xəbər xətti