Olimpiya Oyunlarına 5 yeni idman növü əlavə edildi

10:05 4 Avqust 2016

Karate döyüş idman növü Tokio 2020 Olimpiadasının proqramına daxil edildi.

 

Sportarena.az xəbər verir ki, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin Braziliyanın paytaxtı Rio De Janeyroda 129-cu sessiyasında verilib. Karate ilə birgə daha dörd idman növü - beysbol, serfinq, dağadırmanma və skeytbordinq də növbəti Yay Olimpiya Oyunlarının proqramına salınıb.

 

Karateçilər Tokio Olimpiadasında yalnız fərdi yarışlarda - kata çıxışları və kumitedən 3 şəki dərəcəsində mübarizə aparacaqlar.


Xəbər xətti