"Qəbələ" - "Lill" matçının bütün biletləri satıldı

17:34 4 Avqust 2016

Xəbər verdiyimiz kimi bu gün Avropa Liqasında III təsnifat mərhələsi çərçivəsində “Qəbələ” səfərdə 1:1 hesablı bərabərə qaldığı Fransanın “Lill” komandasını qəbul edəcək.


Artıq oyun üçün nəzərdə tutulan bütün biletlər satılıb. Belə ki, “Qəbələ”nin rəsmi “facebook” səhifəsində bu barədə məlumat paylaşılıb. 


Qeyd edək ki, “Qəbələ” bu mərhələni keçəcəyi təqdirdə ardıcıl olaraq üçüncü dəfə Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq. “Qəbələ”- “Lill” qarşılaşması saat 21:00-da 8-ci kilometr qəsəbə stadionunda başlayacaq. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək.


Xəbər xətti