"Lill"in baş məşçisi: "Məğlubiyyəti həzm etmək lazımdı"

23:12 4 Avqust 2016

“Hər iki komandanın oyunçuları layiqli oyun göstərdi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu”. Bunu “Lill” klubunun baş məşqçisi Frederik Antonetti deyib.
 
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qəbələ”nin qonağı olan Fransa təmsilçisi 0:1 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
 
Görüşdən sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı matçla bağlı fikirlərini bölüşüb: “Məğlubiyyəti də həzm etmək lazımdı. Sadəcə, təəssüf edirəm”.
 
- Bu nəticəni gözləyirdizmi?
- “Qəbələ” ilə Fransada çox çətin oyun keçirdikdən sonra rəqibin nəyə qadir olduğunu bildik. Düşünürdük ki, burda özümüzü daha yaxşı göstərərik. Amma nə etmək olar?
 
- Oyunun təşkilatçılığı ürəyinizcə oldu?
- Futbolçularımız yüksək motivasiya ilə hazırlaşmışdılar. Lakin istədiyimiz nəticəni əldə edə bilmədik...
 
- “Qəbələ”nin oyununu necə dəyərləndirərdiz?
- Sadəcə, super.
 
- Matçdan əvvəlki hazırlıq hansı prosesdə aparılmışdı?
- Əlimizdən gələni etdik ki, oyunda özümüzü sübut edək. Ancaq təəssüf ki, nəticə belə oldu.
 
- “Qəbələ” barədə püşkatmadan sonrakı və indiki fikriniz necədi?
- Oyundan əvvəl “Qəbələ”nin matçlarını izləmişdik. Rəqib güclü futbolçulardan təşkil olunub. Bu gün də “Qəbələ” bu qələbəyə layiq idi.

apasport.az

 


Xəbər xətti