FIFA Ramil Şeydayevin millimizdə oynamasına icazə verdi

13:55 5 Avqust 2016

FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.
 

Sportarena.az xəbər verir ki, qərara əsasən, AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub:
 

1. AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.
 

2. Futbolçu Ramil Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.


FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.


Xəbər xətti