"Neftçi"nin baş məşqçisi: "Sırf nəticəyə oynamırıq"

12:59 6 Avqust 2016

“Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçi Samir Əliyev AZAL-la oyundan sonra klubun rəsmi saytına danışıb:

“Mövsümün ilk oyunu həmişə çətin keçir. AZAL-la oyunumuz da gərgin və maraqlı alındı. Heyətimizdə olan 9 nəfər 1999-cu il təvəllüdlü futbolçulardan 3-nü start heyətində meydana buraxmışdıq. Oyunun gedişində daha 2 futbolçuya şans verdik. Ümumiyyətlə, komandamızda cəmi 1 nəfər 20 yaşlı futbolçu var ki, o da qapıçı Sənan Əlizadədir. İkinci qapıçımız isə 16 yaşlı Naib Alışovdur. Qalan uşaqların hamısı 1997-ci il təvəllüdlü və daha gənc futbolçulardır. Təbii ki, heyəti gənc futbolçulardan qurmuşuqsa, deməli, sırf nəticəyə oynamırıq. Əsas məqsəd bu futbolçuları A komandası üçün mümkün qədər tez hazırlamaqdır. Çempionatın hər turunda bu futbolçulara şans verəcəyik. Daha çox çalışsalar, inanıram ki, tezliklə əsas komandaya çağırılacaqlar”.


Digər xəbərlər

Xəbər xətti