"Napoli" Hamşiklə müqaviləni uzatdı

13:38 7 Avqust 2016

"Napoli" aparıcı futbolçusu Marek Hamşiklə müqaviləni yeniləyib.


Sportarena.az xəbər verir ki, slovakiyalı oyunçu "Napoli" ilə 2020-ci ilə qədər müqavilə imzalayıb.


Qeyd edək ki, 2007-ci ildən "Napoli"nin şərəfini qoruyan 29 yaşlı oyunçunun Neapol klubu ilə olan müqaviləsi 2018-ci ilə qədər idi.


Digər xəbərlər

Xəbər xətti