Rüstəm Orucov: "O məni aldatdı"

Sportarena.az      9 Avqust 2018, 10:33

"Mənə dəstək olanlara təşəkkürümü bildirmək istəyirəm. Bir də valideynlərimə "çox sağ olun" demək istəyirəm ki, gətirib məni bu növə qoydular".

Bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.

73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda uduzduğu yaponiyalı Şohei Ono barədə də danışıb: "Bakıda təlim-məşq toplanışında olanda bilirdim ki, yaponiyalı rəqibim ən azı finala çıxacaq. Texniki-taktiki hazırlığımı da ona uyğun qurmuşdum. Amma Ono da hazırlıqlı idi. Mənə onu tutmağa imkan vermədi. İmkan vermədi ki, fənd tətbiq edim. Bir növ məni qabaqladı".

Sonda Orucov Azərbaycan xalqına salamlarımı göndərib. (report)
 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin