"Mourinyo məni daha yaxşı futbolçu edəcək"

21:33 9 Avqust 2016

“Mançester Yunayted”in yeni trasnferi Paul Poqba mətbuata ilk açıqlamasını verib. Dünyanın ən bahalı futbolçusu olan Poqba Mourinyo ilə işləyəcəyindən məmnunluğunu bildirib.

“Mourinyo “Real”da işləyərkən mən bir çox Morata və Varanla əlaqə saxlayıb onun haqqında öyrənirdim. Onlar mənə Mourinyonun sənə görə bir məşqçi olduğunu və səni daha güclü edəcəyini deyirdilər. Mourinyo ilə bir neçə dəfə danışmışam və o mənə müsbət enerji verib. Buna görə də düşündüm ki niyə olmasın. Əminəm ki o məni daha yaxşı futbolçu və daha yaxşı insan edəcək”.

“Əsas arzum bu klubda Çempionlar Liqasını qazanmaqdır. Şəxsi istəyim isə Qızıl Topu əldə etməkdir. Yalnız hazırda əsas hədəf Premyer Liqa çempionluğudur”.

“Mən qayıtmışam və onları xoşbəxt etmək üçün səbrsizlənirəm. Göstərmək istəyirəm ki mən Paul Poqbaya ancaq bu dəfə tam başqa cür. Mən göstərmək istəyirəm ki bura vaxt öldürməyə gəlməmişəm”


Xəbər xətti