"Qəbələ" "Bakcell Arena"dan imtina etdi

15:32 10 Avqust 2016

Avropa Liqasının pley-off mərhələsində "Maribor"u qəbul edəcək "Qəbələ" klubu matçın "Bacell Arena"da keçirilməsindən imtina edib.


Sportarena.az xəbər verir ki, buna səbəb sözügedən stadionun ot örtüyünün yararsız vəziyyətə düşməsidir. 


Qarşılaşmanın hansı stadionda baştutacağı hələ ki dəqiqləşdirilməyib.


Qeyd edək ki, avqustun 18-də keçiriləcək "Qəbələ" – "Maribor" oyunu saat 21:00-da başlayacaq.


Xəbər xətti