Cüdoçumuz yarımfinalda!

21:04 11 Avqust 2016

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.


Sportarena.az xəbər verir ki,  turnirdə 100 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Qasımov yarımfinala yüksəlib.


Belə ki, yarışa 1/16 final mərhələsindən başayan cüdoçumuz ardıcıl olaraq Rusiya, Əlcəzair və Misir təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib. O, yarımfinalda  Ukrayna idmançısı Artem Bloşenko ilə görüşəcək. E.Qasımov növbəti görüşünü saat 23:15-də keçirəcək.


Digər xəbərlər

Xəbər xətti