"Real" "Borussiya"nın yarımmüdafiəçisini istəyir

14:57 12 Avqust 2016

"Kral Klubu" Dortmund "Borussiya"sının üzvü Julian Veyqlə elçi düşüb.


Sportarena.az xəbər verir ki, futbolçu özü də "Real"da oynamaq niyyətindədi. Buna görə, "Borussiya"nın yeni müqavilə təklifindən imtina edir. 


Qeyd edək ki, "Borussiya" Julianı 2015-ci ildə "1860 Münhen"dən 2,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 18 milyon avro qiymət qoyub. 20 yaşlı yarımmüdafiəçi ötən mövsüm 51 rəsmi oyuna çıxıb.


Xəbər xətti