Millimiz Bolqarıstana böyük hesabla qalib gəldi

16:50 12 Avqust 2016

Bu gün Macarıstanda çimərlik futbolu üzrə Avropa Liqasının təsnifat mərhələsi start götürüb. 


Sportarena.az xəbər verir ki, milli komandamız da ilk oyununa çıxıb.

 
Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb. Orxan Məmmədovun het-trik, Sabir Allahquliyevin isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Əbdül Əliyev və Hikmət Bağırov fərqlənib.


Millimiz növbəti oyununu avqustun 13-də Danimarka yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.


Xəbər xətti