"Yuventus"dan daha bir fantastik transfer

17:38 12 Avqust 2016

"Yuventus"un Paul Poqbanın yerinə transfer etmək istəydi futbolçunun kimliyi müəyyənləşib.


Turin klubu Kesk Fabreqasa elçi düşüb.


"Yuventus"un tezliklə bu futbolçu üçün "Çelsi"yə təklif göndərəcəyi deyilir. İngiltərə mətbuatı artıq London klubunun Fabrenas üçün tələb etdiyi məbləği də müəyyənləşdirib. "Zadəganlar"ın ispan yarımmüdafiəçini 45 milyon avrodan aşağı satmaq niyyətində deyil. 


Beləliklə, bu yay Paul Poqbanı 105 milyon avroya "Mançester Yunayted"ə satan, Qonzalo Hiquaynı "Napoli"dən 90 milyona alan "Yuventus" daha bir supertransferi reallaşdırmaq niyyətindədi.


Xəbər xətti