"Zaqatala"nın futbolçusu məşqdə öldü

22:08 15 Avqust 2016

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan "Zaqatala" klubunun düşərgəsində ölüm hadisəsi qeydə alınıb. 


Sportarena.az xəbər verir ki, əyalət təmsilçisinin heyətində afrikalı futbolçu dünyasını dəyişib.
 

Faktı klubun prezidenti Musa Qurbanov da təsdiqləyib. O bildirib ki, Maykl Umanyika bu gün günorta saatlarında vəfat edib.
 

"Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün  müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm" - deyə, Qurbanov bildirib.
 

Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.  
 

Zaqatala Mərkəzi Xəstəxanasından  verilən məlumata görə, ilkin versiyaya əsasən futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub. 
 

Faktla bağlı araşdırma aparılır.//apasport.az


Digər xəbərlər

Xəbər xətti