"Bavariya" "Real"ın 80 milyon avroluq təklifinə "yox" dedi

12:51 16 Avqust 2016

“Bavariya”nın müdafiəçisi David Alaba “Real”ın maraq dairəsindədir. 


Madrid klubu bir müddətdir Avstriya yığmasının üzvünü heyətinə qatmağa çalışır. Daha əvvəl “Bavariya” “Real”ın rəsmi təklifini geri çevirib. 


“Real” Alabaya görə 65 milyon avro ödəməyə hazır olsa da, “Bavariya” bu təkliflə razılaşmayıb. Münhen klubu Alaba ilə vidalaşmaq üçün 80 milyon avro tələb edir. 


Xəbər xətti