Azarkeşləri təhqir edən futbolçuya 5 oyunluq cəza

14:15 16 Avqust 2016

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatının II turunda baş vermiş qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Sumqayıt” – “Qarabağ”  matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.


Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Qəbələ” – “İnter”  matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.


Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Neftçi” – “Zirə” matçının 89-cu dəqiqəsində “Zirə” klubunun 57 №-li futbolçusu Vüqar Namazalıyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı vaxt tribunaya qalxaraq azarkeşlərə qarşı təhqiredici hərəkətə yol verdiyinə görə 5 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.


Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Kəpəz”  – AZAL matçının 85-ci dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Seymur Əsədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur.


Xəbər xətti