"Qəbələ"dən azarkeşlərə böyük jest

14:50 16 Avqust 2016

Avropa Liqasının play-off mərhələsi çərçivəsində 18 avqustda Mərdəkanda - "Dalğa Arena"da keçiriləcək "Qəbələ"-"Maribor" oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək üçün ayrılacaq avtobusların marşrutu müəyyənləşib.


Sportarena.az xəbər verir ki, avtobuslar saat 18:00-dan etibarən Gənclik metrostansiyası yaxınlığındakı ərazidən hərəkətə başlayacaq. 


Ən son avtobusun sözügedən məkandan saat 19:30-da çıxması planlaşdırılır. Geri dönüş çıxış nöqtəsi "Dalğa Arena" olmaqla Koroğlu-Gənclik-20 yanvar metrostansiyaları marşrutu üzrə həyata keçiriləcək. Qeyd edək ki, avtobuslar komfortlu "Baku Bus" avtobuslarıdır. 


Bundan əlavə, metronun gecə saat 01:00-dək fəaliyyət göstərməsi üçün Bakı Metropoliteninə rəsmi müraciət ünvanlanıb və razılıq əldə edilib


Digər xəbərlər

Xəbər xətti